Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fransa Bakını Laçın yolunu "açmağa" razı salmaq istəyir

Aprelin əvvəlində Fransanın xarici işlər naziri Kаtrin Kolonna Yerevana və Bakıya səfər edəcək.

O, bu barədə martın 22-də ölkə parlamentində çıxışı zamanı bildirib.

O, səfərinin məqsədinin Laçın dəhlizinin açılışına nail olmaq olduğunu vurğulayıb.

“Dağlıq Qarabağ kifayət qədər ərzaq almır və bu, Fransanın kömək etdiyi Qırmızı Xaç sayəsindədir. Dağlıq Qarabağın təchizatını təmin etmək üçün Laçın dəhlizi ilə sərbəst hərəkəti bərpa etmək və təchizatı yaxşılaşdırmaq lazımdır.

Fransa danışmır, hərəkət edir”  o deyib.