Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fevralda əlavə 50 manat alacaqlar

"Prezidentin sərəncamı ilə pensiyaçılar yanvar və fevral artımlarını, eyni zamanda, I rüb üçün nəzərdə tutulmuş 50 manat yardımı bu ay alacaqlar".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

O qeyd edib ki, növbəti aylarda pensiyaçılar 50 manat yardımı hər rübün birinci ayında ala biləcəklər:

"Sığorta prinsipi ilə pensiya alanlara sərəncamla 2022-ci il üzrə 200 manat maddi yardım da veriləcək. Bu maddi yardım rüblər üzrə bölünəcək".