İranlıların 39 faizi ölkədən qaçmağa hazırdır
26 Dekabr 2024
İranlıların 39 faizi ölkədən mühacirət etməyə hazırdır.
“Azad İran” xəbər verir ki, bunu Demoqrafik Araşdırmalar İnstitutunun Tədqiqat Şurasının katibi Rəsul Sadeqi deyib.
"Keçən il aparılan sorğuya əsasən, iranlıların 39 faizi daimi olaraq mühacirət etməyə hazırdır. Bu tendensiya daha çox subaylar, gənclər və ali təhsilli insanlar arasında özünü göstərir. Ən çox immiqrasiya edilən ölkələr isə Kanada, ABŞ və Türkiyədir", - o bildirib.