Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Exit-poll”un nəticələrinə görə, İlham Əliyev 90 faizdən çox səs toplayıb

Azərbaycanın hazırkı prezidenti İlham Əliyev “exit-poll”un nəticələrinə görə, prezident seçkilərində 90 faizdən çox səs toplayıb.

İctimai Rəyin Monitorinqi Mərkəzinin (Rəy) keçirdiyi sorğuya əsasən, seçicilərin 92,60 faizi Əliyevə səs verib.

Azərbaycan Sosial Araşdırmalar Mərkəzinin exit-poll nəticələrinə görə, Əliyev təxminən eyni 92,4% səs toplayıb.

Amerikanın Oracle Advisory Group təşkilatının exit-poll nəticələrinə əsasən, Əliyev 93,9% səs toplayıb.

Qalan namizədlər  aşağıdakı ardıcıllıqla sıralanır - Zahid Oruc, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Elşad Musayev, Razi Nurullayev və Fuad Əliyev. (Turan)