Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Əsrin döyüşü" baş tutdu - Usik mütləq dünya çempionu oldu

Ukraynalı boksçu Aleksandr Usik ağır çəkidə boks üzrə mütləq dünya çempionu adı uğrunda döyüşdə britaniyalı Tayson Fyurini məğlub edib.

Döyüş 12 raund davam edib və Usik hakimlərin qərarı ilə qalib gəlib: 115:112, 113:114, 114:113. Doqquzuncu raundda ukraynalı rəqibini nokaut etsə də, sonuncu mübarizəni davam etdirə bilib.

İndi Usik ən nüfuzlu dörd versiyanın hamısı - WBC, WBA, WBO və IBF üzrə titullara sahibdir.

37 yaşlı Usik peşəkar rinqdə keçirdiyi bütün döyüşlərdə qalib gəlib və 35 yaşlı Fyuri üçün bu, karyerasında ilk məğlubiyyət olub.

Onların döyüş üçün qonorarı, müxtəlif mənbələrə görə, təxminən 100 milyon dollar olub.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bazar günü gecə başa çatan döyüş bir neçə dəfə təxirə salınıb. "Kral Arena"sındakı qarşılaşmanı bir çox məşhurlar da daxil olmaqla 20 min adam izləyib.