Ermənistanın turizm xəritəsi: Haradan və nə vaxt?
25 Avqust 2025
Yanvar-iyul aylarında Ermənistanı 1 milyon 170 min 727 nəfər ziyarət edib.
Hesabatı yayan Turizm Komitəsi bildirir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 min 38 nəfər azdır. İyul turizmdə ən gur, fevral ən sönük ay kimi göstərilir.
Statistikaya əsasən, turistlərin 39 faizi Rusiyadan, 14 faizi Gürcüstandan, 8 faizi İrandan, 3 faizi ABŞ-dan, 2 faizi Çindən, qalanı başqa ölkələrdən gəlib, ziyarətçilərin çoxu 35-44 yaşlı şəxslər olub.