Ermənistan ordusunun hərbçisi ölüb
13 Dekabr 2025
12 dekabr saat 16:00 radələrində Ermənistan ordusunun hərbçisi Smbat Kirakosyanın üzərində güllə yarası olan cəsədi tapılıb.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisənin baş vermə səbəbləri və motivləri ilə bağlı məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.