Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanın Milli Qəhrəmanı Qarabağ ermənisini yaralayıb

Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan saxlanılıb.

Bu barədə ArmLur.am portalı məlumat yayıb.

Onun İrəvandakı otellərdən birində gizləndiyi bildirilib.

Bundan əvvəl, mətbuatda Xaçatryanın sərxoş halda münaqişə zamanı restoranda atəş açması, tədbirin qonaqlarından birini yaralaması barədə məlumatlar yayılıb.

Zərərçəkmiş şəxsin Qarabağın erməni sakini olan Hrayr Mnatsakanyan olduğu bildirilir. O, tibb müəssisəsinə müalicəyə aparılıb.

Xatırladaq ki, general-leytenant Tiran Xaçatryan Ermənistanın Milli Qəhrəmanıdır.