Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda son 2 gündə üç hərbçi ölüb

Ordunun bərbad vəziyyətdə olduğu Ermənistanda hərbçi ölümləri davam edir. Bu ölkədə son 2 gündə üç hərbçi ölüb.

Pressklub.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, dünən bədbəxt hadisə nəticəsində 2 hərbçi ölüb.

Belə ki, Ermənistanın Müdafiə Nazirliyinə məxsus “UAZ” avtomobilinin qar uçqununa düşərək dərəyə yuvarlanıb.

Bildirilib ki, hadisə Zəngəzurun Xanabax (ermənilər adını dəyişərək Sünik rayonu, Xnatsax kəndi adlandırıb) kəndində baş verib.

Hadisə nəticəsində orduda müqavilə əsasında xidmət edən Zorand Arzumanyan və Zorak Yeranosyan ölüb. Daha iki hərbçi yaralanıb.

Qeyd edək ki, bundan bir gün əvvəl Ermənistan ordusunun hərbi qulluqçusu naməlum şəraitdə aldığı güllə yarasından həyatını itirmişdi.