Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan parlamentində dava düşüb - VİDEO

Ermənistan parlamentində yenidən dava düşüb.

Ermənistanda müxalifətin “Mənim şərəfim var” parlament fraksiyasının üzvü Taquhi Tovmasyan çıxışından sonra parlament tribunasını tərk etməkdən imtina edib.

O, parlamentin tribunasını tərk etməyəcəyini və hakimiyyətin yalan danışmasına imkan verməyəcəyini bildirib.

“Bəsdirin! Məsuliyyət payınızı dərk edin. Mənim vaxtım bitdi, amma tribunadan çəkilməyəcəyəm”, - deyə Taqui Tovmasyan bəyan edib.

Öz növbəsində parlamentin spikeri Alen Simonyan onu iclasın gedişatını pozmamağa və tribunanı tərk etməyə çağırıb.

Lakin Taqui Tovmasyan spikerin bu çağırışına məhəl qoymayıb.

Nəticədə məsələyə parlamentin mühafizə xidməti qarışmalı olub. Bu zaman deputatlar təhlükəsizlik əməkdaşları arasında mübahisə yaranıb. Mühafizəçilər deputat Taqui Tovmasyanı tribunadan uzaqlaşdırmaq və müxalifətçi deputatları parlament zalından çıxarmaq üçün güc tətbiq ediblər.

Ermənistan parlamentinin sədri Alen Simonyan hadisə ilə əlaqədar müxalifətdən olan 10 deputata töhmət verib. Onlar günün sonunadək parlamentin iclasına buraxılmayacaq.