Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Ermənistan bəyan etməlidir ki, Qarabağ Azərbaycandır" - İlham Əliyev

Azərbaycan ilə Ermənistan arasında sərhədlər 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. Bu barədə çərşənbə axşamı prezidenti İlham Əliyev AzTV dövlət televiziyasına müsahibəsində bildirib.

O qeyd edib ki, 2022-ci ildə Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. O da göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır.

"Əgər "A" deyibsə, "B" də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, "Qarabağ Azərbaycandır"", deyə Əliyev vurğulayıb.

Eyni zamanda o, Ermənistanda revanşist qüvvələrin yenə baş qaldırdığını deyib və xəbərdarlıq edib ki, bu gün Azərbaycan ordusu 2020-ci ildə olduğundan daha güclüdür.

Onun sözlərinə görə, Azərbaycan Qarabağla bağlı məsələləri heç bir ölkə ilə müzakirə etməyəcək.

"Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır", deyə Əliyev bildirib.

Əliyevin bu çıxışını Nikol Paşinyanın Yerevanda bugünki çıxışına cavab hesab etmək olar.