Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənipərəst konqresmenlər Qarabağın müstəqilliyinin tanınması haqqında qanun layihəsi hazırlayırlar

Ermənipərəst konqresmen Adam Şiff Qarabağın müstəqilliyinin tanınması haqqında qanun layihəsi hazırlayıb. O, bu layihəni müzakirə üçün Konqresə təqdim etmək niyyətindədir. Bu barədə Turan Agentliyinə Vaşinqtondakı məlumatlı mənbələrdən məlum olub.

Adam Şiff öz videomüraciətində bildirib ki, qanun layihəsi qəbul edildiyi təqdirdə bu, ABŞ-ın Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququnu tanımağa hazır olması demək olacaq.

Qanun layihəsini Bob Menendes, Nensi Pellosi və s. kimi bir qrup məşhur və nüfuzlu konqresmenin dəstəkləyəcəyi gözlənilir.

İlkin müzakirələr Koqnres komitəsi səviyyəsində keçiriləcək. Təsdiq edildiyi təqdirdə sənəd bütün Konqresin təsdiqinə təqdim ediləcək.