Logo
news content
User
Kateqoriyalar

Xəbər

Erməni istehkamçı Xeyrimlidə minaya düşüb

Ermənistanın Kirants (Xeyrimli) kəndində minaxtaran minaya düşüb.

"Sputnik-Armenia” xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Məlumatda bildirilib ki, nəticədə onun ayağı amputasiya edilib.

Hadisə Azərbaycanla sərhəddə minatəmizləmə işləri zamanı baş verib.

Ölkənin Müdafiə Nazirliyi faktı təsdiqləyib. Hadisə ilə bağlı araşdırma aparılır.