Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrailin 100-dən çox təyyarəsi İran ərazisini vurdu - VİDEO

İsrail hərbi təyyarələri İran ərazisində, o cümlədən paytaxtı Tehranda hərbi obyektlərə zərbələr endirib

Bu barədə İsrail Müdafiə Qüvvələrinin Telegram kanalları xəbər yayıb.

Məlumata görə, hücumda 100-dən çox təyyarə, o cümlədən F-35 təyyarələrinin ABŞ modeli istifadə olunub. Təyyarələr hərbi obyektləri, o cümlədən PUA istehsal edən zavodları, həmçinin raket buraxılış bazalarını vurublar.

İsrail tərəfi İranın Hava Hücumundan Müdafiə sistemlərinin bir raketi belə vura bilmədiyini iddia edir.

Öz növbəsində İranın “Tasnim” agentliyi iddia edib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun heç bir hərbi obyekti ziyan görməyib, hücumda 100 təyyarənin iştirak etməsi yalandır və İsrail hücumun miqyasını bilərəkdən şişirdir.  

“Shafaqna” agentliyi İranın nüvə və neft obyektlərinin İsrail tərəfindən hücuma məruz qalmadığını açıqlayıb. 

“Əldə edilən hesabatlar göstərir ki, İranın heç bir nüvə və neft obyekti İsrailin zərbələrinə məruz qalmayıb”, - agentlik qeyd edib.