Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan: "Türkiyə hər hansı bir müharibəyə qatılmayacaq" - VİDEO

Türkiyəni hərbi münaqişələrdə tərəf tutmağa məcbur etmək asan deyil.

Bunu çərşənbə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə mediasına müsahibəsində deyib.

Dövlət başçısının çıxışı onun “Twitter” səhifəsindən yayımlanıb.

“Mən xalqa müraciət etmək istəyirəm. Türkiyə hərbi münaqişələrdə asanlıqla tərəf tutmayacaq. Türkiyə həmişə sülhün tərəfdarı olacaq, onu müdafiə edəcək, qlobal sülhün möhkəmləndirilməsi üçün addımlar atacaq. Əslində, Rusiya-Ukrayna münaqişəsində bizim vəzifəmiz də elə budur”, - deyə Ərdoğan bəyan edib.