Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan MİT rəhbəri və Baş Qərargah rəisini təyin etdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İbrahim Kalını Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri vəzifəsinə təyin edib.



Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, Kalın indiyədək Türkiyə Prezidentinin sözçüsü olub. MİT rəhbəri vəzifəsini isə bundan əvvəl Hakan Fidan yerinə yetirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmçinin Türkiyə Quru Qoşunlarının komandanı, general Musa Avsevəri Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib.



Bundan əvvəl bu vəzifəni Türkiyənin milli müdafiə naziri təyin edilmiş Yaşar Gülər ​​tutub.