Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əliyev: Fransa Azərbaycan əleyhinə aparıcı rol oynayır

Dünyada bəzi qüvvələr Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsini həzm edə bilmir. Bu qüvvələr tərəfindən Azərbaycana qarşı təzyiq və mənfi münasibət davam edir və bunda Fransa aparıcı rol oynayır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da yerli telekanallara müsahibəsində bildirib.

"Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum", deyə Əliyev bildirib.

Onun sözlərinə görə, bütün bunlar Ermənistanda "yersiz illüziyalar yarana bilər ki, nə vaxtsa onlar Qarabağı yenidən bizdən qopara bilərlər. Belə fikirlər onların cəmiyyətində dolaşır, o cümlədən rəhbər qruplaşma daxilində də belə fikirlər var", deyə Əliyev qeyd edib.

Ona görə Azərbaycan sakitləşməməlidir və sakitləşməyəcək. Yeni silahlar alınır. Hərbi-sənaye kompleksinə 2024-cü ildə 1 milyard manat investisiya qoyulacaq və hərbi quruculuq prosesi davam edəcək.

"Əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik", deyə Əliyev bildirib.