Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əliniz cibinizdə: Dənizdə istirahət üçün nə qədər "tərləmək" lazım olacaq? - VİDEO

Ölkədə rəsmi olaraq çimərlik mövsümü başlamasa da, dəniz kənarına üz tutanlar kifayət qədərdir.

Əksər istirahət mərkəzlərində olduğu kimi dənizə üz tutanlar müəyyən qədər xərc çəkməli olurlar. Çimərliklərə giriş pulsuz olsa da, xidmətlərdən yararlanmaq üçün ödəniş etmək lazım olur.

Bu yay çimərlik qiymətləri necədir?

Hazırda Mərdəkan çimərliyində çətirlərin qiyməti 10-15 manat aralığında dəyişir. Masa və stullar da qiymətə daxildir. Həftəsonu dənizə yaxın cərgələrdə qiymətlər 5 manat bahalaşır.

Bəzi xərclərə qənaət etmək mümkündür. Belə ki, söhbətgahlar 15-20, şezlonqlar 3-5 manat aralığındadır.

Novxanı çimərliyində də qiymətlər təxminən eynidir. Masalar 10 manat, “lejanka”lar isə 5 manatdır.

Hazırkı qiymətləri nəzərə alsaq, çimərlikdə istirahət üçün minimum 50 manat ayrılmalıdır.

Daha ətraflı Xəzər TV-nin süjetində: