Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əlil arabası ilə gəzən Tağı Əhmədov barəsində YENİ İDDİA

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov kafedra müdiri olduğu Azərbaycan Memarlıq və İnşaat Universitetində səhhətindəki problemlərlə bağlı altı aydır işə çıxmır.


Bununla bağlı Yenisabah.az saytı məlumat yayıb.


Universitet əməkdaşının sözlərinə görə, mövcud qeyri-müəyyənlik universitet rəhbərliyini də narahat edir. T.Əhmədovun işə çıxmaması kafedrada işlərin axsamasına səbəb olub. Buna görə də rəhbərlik iki dəfə T.Əhmədova vəzifəsindən istefa verməyə təklif edib. Amma o, həmişə bu təklifi qulaqardına vurub.


Qeyd edək ki, texnika elmləri namizədi alimlik dərəcəsi olan T.Əhmədov 2 dərslik və 5 dərs vəsaiti, 6 metodik vəsaitin müəllifidir.


O, “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.


Xatırladaq ki, T.Əhmədov onurğa-beyin iltihabından əziyyət çəkir və əlil arabasına möhtac qalıb.