Əli Xamneyi: “Etirazlarda xalqın çox, çox, çox, çox az hissəsi iştirak edirdi”
22 Mart 2023
"Bu yaxınlarda baş verən iğtişaşlar zamanı ABŞ kimi bir ölkə bu etirazları dəstəklədi. Avropa ölkələrinin bəzi rəhbərləri bunları açıq şəkildə dəstəklədilər”.
Pressklub.az İran mediasına istinadla xəbər verir ki, bu sözləri İranın ali rəhbəri ayətullah Əli Xamneyi İran təqvimi ilə yeni ilinin ilk günü İmam Rzanın məqbərəsində çıxışı zamanı deyib.
Ali rəhbər etirazçıların İran xalqının cüzi hissəsini təşkil etdiyini bildirib: “Faiz ifadəsində bu aksiyalarda İran xalqının çox cüzi bir hissəsi iştirak edirdi, çox, çox, çox, çox az hissəsi! Qərb ölkələri bunu dəstəklədilər. Onlar bu işə həm də hərbi və maliyyə dəstəyi verdilər".
Xamneyi iqtisadi blokada və ən ağır təzyiqlər dövründə irəliləyişi xalqın parlaq fəaliyyəti adlandırıb. “Amerikalılar bütün yalanları ilə İran xalqına iqtisadi təzyiqlərinin tarixdə görünməmiş olduğunu etiraf etdilər”.