Dünyanın heyrətə salan “bumeranq zəlzələ”nin sirri
17 Fevral 2023
2010-cu ildə ABŞ-ın Kaliforniya ştatında baş verən 7,2 ballıq zəlzələ dünyanı heyrətə gətirmişdi. Şahidlərin danışdığına görə, bu zəlzələ vaxtı qırılma xətti irəliyə doğru hərəkət etmək əvəzinə, qəflətə başladığı yerə geri dönüb və ətrafda toz dumanı meydana gəlib.
“Bumeranq zəlzələ” adını alan və həqiqətən də bumeranq effekti ilə baş verən bu zəlzələ dünyanı və elm adamlarını çox həyəcanlandırmışdı. Lakin bunun rəsmi təsdiqi üçün heç bir dəlil yox idi – yalnız şahidlər danışırdılar...
Pressklub.az-ın məlumatına görə, rəsmi olaraq qeydə alınan ilk “bumeranq zəlzələ” 2016-cı ildə Atlantik okeanında baş verib.
7,1 bal gücündə baş verən zəlzələ okeanın dibindəki bir çatda başlamış, əvvəlcə şərqə tərəf irəliləmiş, daha sonra isə başlandığı yerə doğru geriyə dönmüşdü.
Bumeranq zəlzələlərin nə qədər geniş yayıldığı, qırılmanın hansı sürətlə hərəkət etdiyi hələ ki elmə bəlli deyil. Üstəlik, bu cür zəlzələdə meydana gələn iki istiqamətli qırılma eyni nöqtənin təkrar böyük ölçülü təkana məruz qalmasına səbəb olur. Bu isə baş verə biləcək fəlakətin miqyası haqqında təsəvvür yaradır...