Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünyanın ən bahalı futbol brendləri açıqlandı - SİYAHI

Brand Finance” konsaltinq şirkəti dünyanın ən bahalı futbol brendlərinin reytinqini açıqlayıb.

Siyahı təşkilatın saytında dərc olunub.

Lider İngiltərənin “Mançester Siti” komandası olub, onun brend dəyəri il ərzində 13 faiz artaraq 1,51 milyard avroya çatıb. İkinci yerdə son dörd ildə ilk dəfə zirvəni əldən verən “Real Madrid” qərarlaşıb. Onun brend dəyəri 1,46 milyard avrodur.

Reytinqdə sonrakı yerləri “Barselona” (1,37 milyard), “Mançester Yunayted” və “Liverpul” (hər biri 1,36 milyard), PSJ (1,13 milyard), “Bavariya” (1,1 milyard), həmçinin Londonun “Arsenal”ı (0,91 milyard), “Tottenhem” (0,9 milyard) və “Çelsi” (0,86 milyard) tutur.

Qeyd edək ki,  “Mançester Siti” may ayında İngiltərə Premyer Liqasının qalibi olub. Klub ardıcıl 3-cü, tarixində isə 9-cu dəfə ölkə çempionu olub.