Dünyanın 65 şəhərində uçan taksi şəbəkəsi açılacaq
26 Yanvar 2022
“Hyundai” və “Urban-Air Port” şirkətləri yaxın 5 ildə 200-dən çox uçan taksi şəbəkəsi yaratmağı planlaşdırır.
TED.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, birinci stansiya 2022-ci ildə açıla bilər.
“Urban-Air Port” uçan taksilər və yük təyyarələri üçün şəbəkələr quran yeganə şirkət olduğunu iddia edir.
“Şəbəkə sürətlə böyüyür və bilirik ki, şəhərlərdə elektrik uçan maşınların və pilotsuz təyyarələrin gələcəyi tezliklə gerçəkləşəcək, ancaq yerdə və havada infrastrukturumuz olmasa bu olmayacaq”, - “Urban-Air Port”un qurucusu Riki Sandhu deyib.
Stansiyaların bu ölkələrdə yaradılması planşlaşdırılır - Böyük Britaniya, ABŞ, Fransa, Almaniya, Skandinaviya, Avstraliya, Cənubi Koreya, Cənub-Şərqi Asiya.
İlk stansiya İngiltərənin Koventri şəhərində açıla bilər.
Taksilər hidrogen yanacaq elementləri ilə doldurulacaq.
Nəqliyyat, əhalinin sıx yaşadığı şəhər yerlərə, həm də daha ucqar yerlərə insanları çatdıra biləcək.