Dünyanan baş bankiri qərarını açıqladı: "Gedirəm"
16 Fevral 2023
Dünya Bankının prezidenti David Malpas gözlənilməz qərar verib. O, tezliklə vəzifəsini tərk edəcəyini açıqlayıb.
Pressklub.az “Bloomberg”ə istinadla xəbər verir ki, Malpas iyunun 30-dək vəzifəsini tərk edəcəyi ilə bağlı qərar qəbul etdiyini deyib.
Qeyd olunub ki, bu, 66 yaşlı Malpasın rəsmi müddətinin başa çatmasından təxminən bir il əvvəl, yəni “maliyyə ilinin sonuna qədər”, iyunun 30-dan əvvəl baş verəcək erkən istefa olacaq.
Qərarın səbəbi isə açıqlanmır.
2019-cu ildə Malpas ABŞ-ın o zamankı prezidenti Donald Tramp tərəfindən vəzifəyə təyin edilib. O, keçən il iqlim dəyişikliyinin səbəbləri ilə bağlı bir konfransda suala səhv cavab verdikdən sonra mübahisələrlə üzləşib və nəticədə onun vəzifədən çıxarılması ilə çağırışlar səslənib.