Dünya üzərində uçan naməlum obyektlər? - Bayden Huron gölü üzərindəki obyekti vurdurdu
13 Fevral 2023
ABŞ hərbçiləri Huron gölü üzərində hava məkanında aşkar edilən naməlum obyekti zərərsizləşdirib.
Bu barədə Miçiqandan olan ABŞ Nümayəndələr Palatasının üzvü Cek Barqman özünün "Twitter" səhifəsində yazıb.
"Böyük göllər bölgəsindəki əməliyyatlarla bağlı Müdafiə Nazirliyi ilə əlaqədəyəm. ABŞ ordusu Huron gölü üzərində daha bir obyekti sıradan çıxarıb. Qətiyyətli hərəkətə görə qırıcılarımızın pilotlarına təşəkkür edirəm", - deyə C.Berqman bildirib.
"Amerika xalqı bizdə olduğundan daha çox sualın cavablandırılmasına layiqdir", - deyə Nümayəndələr Palatasının üzvü bildirib.
"Reuters" agentliyinin ABŞ administrasiyasının nümayəndəsinə istinadən məlumatına görə, ABŞ-da Huron gölü üzərində uçan obyekt prezident Co Baydenin əmri ilə vurulub.
Onun sözlərinə görə, prezident C.Bayden "naməlum obyektin vurulmasını əmr edib".
Pentaqonun açıqlamasına isə deyilir ki, bazar günü ABŞ hərbçiləri tərəfindən ölkənin şimalındakı Huron gölü üzərində hava məkanında vurulan obyekt "potensial kəşfiyyat imkanlarına görə" təhlükə yaradırdı, çünki o, mühüm milli təhlükəsizlik əhəmiyyəti olan hərbi obyektlərin yaxınlığından uçurdu.
"Uçuş yolunu və mövcud məlumatları nəzərə alaraq, bu obyekti Montana üzərindəki hava məkanında qəbul edilən radar siqnalı ilə əsaslı şəkildə əlaqələndirə bilərik: həmin obyekt Müdafiə Nazirliyinin milli təhlükəsizlik baxımından həssas obyektlərinin yaxınlığından uçub", - deyə açıqlamada bildirilir.
Bildirilir ki, sözügedən naməlum obyekt heç bir yerüstü hədəf üçün birbaşa hərbi təhdid yaratmayıb, lakin onun uçuşların təhlükəsizliyi baxımından, həmçinin potensial kəşfiyyat imkanlarına görə təhlükə yaratdığı düşünülür.
Xatırladaq ki, naməlum obyekt fevralın 11-də Montana ştatı üzərində görünüb. Fevralın 12-si sözügedən obyekt ABŞ hərbçiləri tərəfindən vurulub.
Qeyd edək ki, bundan öncə də ABŞ səmasında 3 digər obyekt vurulub.
Bundan əlavə, son günlər ABŞ, Çin, Uruqvay, Kanada, Ukrayna, Yaponiya üzərində naməlum obyekt göründüyü iddia edilir.