Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dövlətə xəyanətdə ittiham olunan qadın DTX tərəfindən həbs edilib

Azərbaycanda qadın dövlətə xəyanətdə ittiham olunur.

Yusifova Validə Elçin qızı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Lakin cinayət işinin təfərrüatı haqda məlumat yayılmayıb. Artıq iş üzrə ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Xanım müttəhimə qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.