Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dnepr çayının sol sahilindəki Krinkiyə Ukrayna bayrağı sancılıb

2022-ci il fevralın 24-dən – Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günündən bəri işğal altında olan Xersonun sol sahilində yerləşən Krınkı kəndində Ukrayna bayrağı ucaldılıb.

UNIAN xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

Analitiklərin fikrincə, bayrağı əraziyə 36-cı ayrı dəniz piyada briqadasının hərbçiləri sancıb. Onların sözlərinə görə, bu hərəkət sözügedən kəndin heç də Rusiyanın tam nəzarəti altında olmadığını təsdiq edir.

Bununla belə, analitiklər sevinməyin hələ tez olduğunu bildirirlər, çünki qızğın döyüşlər davam edir: Rusiya ordusu mütamadi şəkildə ehtiyatı çağıraraq Ukrayna qüvvələrini bölgədən sıxışdırıb çıxarmaq istəyir.

Xatırladaq ki, 2023-cü ilin payızından Ukrayna ordusu Dnepr çayının Xerson vilayətindən keçən hissəsindəki sol sahilində, xüsusən də Krınkı yaşayış məntəqəsi ərazisində möhkəmlənməyə çalışır. Rusiya tərəfi kəndin nəzarətdə saxladığını iddia etsə də, analitiklər orada toqquşmaların olduğunu bildirirlər. (Report)