“Demokratiya Naminə Ukraynaya Dəstək Platforması" yaradılıb
01 Fevral 2022
Bir qrup azərbaycanlı fəal “Demokratiya Naminə Ukraynaya Dəstək Platforması"nı təsis edib.
“Biz Azərbaycan Respublikasının vətəndaşları olaraq hazırda Ukrayna ətrafında cərəyan edən tarixi prosesi dərin narahatlıq hissi ilə yaxından izləyir, dünya üçün taleyüklü bir məqamda insanlıq qarşısında məsuliyyətimizi dərk edirik”, - Platformanın müraciətində deyilir.
Bynəlxalq ərazi bütövlüyü, ərazi sərhədlərinin toxunulmazlığı və dövlət suverenliyi prinsiplərini dəstəkləyən Platforma "Rusiya Federasiyası hərbi qüvvələri tərəfindən Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş mümkün güc tətbiqini pisləyir". "Rusiyanın hərəkətləri təkcə Ukrayna üçün deyil, bütün region üçün təhlükə yaradır.
Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyünün pozulması və separatçı qüvvələrin silahlandırılması beynəlxalq münasibətlərin fundamental prinsiplərinin kobud şəkildə pozulmasına səbəb olmaqla, bütün qitədə təhlükəsizlik və sabitliyə zərbə vurur”, - müraciətdə deyilir.
Avropa İttifaqı və NATO-da daxil olmaq istənilən dövlətin suveren hüququdur və bu hüququ hərbi-siyasi vasitələrlə məhdudlaşdırmaq cəhdləri qəti şəkildə qəbuledilməzdir.
“Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin qarşısını almaq beynəlxalq ictimaiyyətin əsas vəzifəsi olmalıdır. Hesab edirik ki, hazırkı vəziyyətdə Ukraynanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi Azərbaycanın milli maraqları üçün həyati əhəmiyyət kəsb etməklə yanaşı, postsovet məkanında sabitliyin və sülhün təmin edilməsi üçün zəruri ilkin şərtdir”, - müraciətdə bildirilir.
Platforma Azərbaycan cəmiyyətini onun mövqeyini dəstəkləməyə çağırır.
Demokratiya Naminə Ukraynaya Dəstək Platforması heç bir siyasi partiya və ictimai birliyi təmsil etməyən vətəndaş təşəbbüsüdür.
Platformaya siyasətçilər, politoloqlar, jurnalistlər, ziyalıların nümayəndələri - Xaqani Cəfərli, Tural Ağayev, Asif Yuisfli, Sevinc Vaqifqızı, Adil Qeybulla, Tatyana Kryuçkina, Seymur Həzi və Əbülfəz Qurbanlı daxildir. (Turan)