Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dəhşətli statistika - 19 günə 9 qadın öldürülüb

Azərbaycanda qadın qətli ilə bağlı dəhşətli statistika açıqlanıb. Statistikanı vəkil Zibeydə Sadıqova açıqlayıb.

Pressklub.az xəbər verir ki, Zibeydə Sadıqovanın fevralın 19-da sosial şəbəkədə etdiyi paylaşıma görə, bu ay ərzində Azərbaycanda 9 qadın qətlə yetirilib:

- 2 fevral. Bakıda 14 yaşlı Günay Şadatova anasının sevgilisi tərəfindən bıçaqlanaraq;

- 4 fevralda Şəmkirdə iki uşaq anası olan 28 yaşlı Qənirə Şərifova qardaşı tərəfindən bıçaqlanaraq;

- 6 fevralda Cəlilabadda 31 yaşlı Aysel Abbasova keçmiş əri tərəfindən bıçaqlanaraq;

- 10 fevralda Bakıda 46 yaşlı Solmaz Mansurova oğlu tərəfindən bıçaqlanaraq;

- 11 fevralda Binə qəsəbəsində 55 yaşlı Pakizə Məmmədova əri tərəfindən bıçaqlanaraq;

- 16 fevralda Yevlaxda 20 yaşlı Başxanım Salmanova odlu silahla;

- 19 fevralda Sumqayıtda 28 yaşlı Samirə Məmmədzadə əri tərəfindən kəsici-deşici alətlə;

- 19 fevralda Tərtərdə 42 yaşlı Gülnar Məmmədova əri tərəfindən kəsici deşici alətlə;

- 19 fevralda Abşeronda 49 yaşlı Mehriban Hüseynzadə oğlu tərəfindən bıçaqlanaraq.

Qeyd edək ki, qətllərin əksəriyyətinin ailə üzvləri tərəfindən törədilməsi diqqət çəkib.