Daxili Qoşunların Füzulidə minaya düşən hərbçilərinin ayaqları amputasiya edilib
29 Noyabr 2021
Füzuli rayonunda minaya düşən Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuların son durumu açıqlanıb.
Hərbi qulluqçular - Sarib Məmmədzadə ilə Murad Məmmədzadənin ayaqlarından biri amputasiya edilib.
Hazırda hər iki şəxsin vəziyyəti stabildir.
Qeyd edək ki, DİN Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.