Davadan sonra yumruq silkələmək: Putinin "əhəmiyyətsiz" müraciəti
27 İyun 2023
Rusiya prezidenti Vladimir Putin iyunun 26-da axşam xalqa müraciət edib.
Pressklub.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov öncədən bunun ölkənin taleyini həll edəcək çıxış olacağını iddia etsə də, demək olar ki, bütün ekspertlər çıxışın çox zəif olduğunu və heç nəyi həll etmədiyini bildiriblər.
Putin çıxışı zamanı son hadisələrə toxunaraq, qiyam bütün hallarda yatırılacağını iddia edib. O, ictimaiyyətin, partiyaların, dini qurumların, bütün cəmiyyətin konstitusiya quruluşunu dəstəkləməkdə qəti mövqe tutduğunu qeyd edib.
Putin deyib ki, qiyamın təşkilatçıları vətənə xəyanət ediblər.
Rusiya Prezidenti qeyd edib ki, şənbə hadisələri zamanı həlak olan pilotların cəsarəti və fədakarlığı ölkəni dəhşətli nəticələrdən xilas edib.
Putin deyib ki, "Vaqner" döyüşçülərinin böyük əksəriyyəti vətənpərvərlərdir. Onlardan sui-istifadə olunub.
Rusiya dövlət başçısı əlavə edib ki, qan tökülməsinin qarşısını almaq üçün qərarlar onun birbaşa göstərişi ilə qəbul edilib.
Putin qan tökməyə getməyən "Vaqner" əsgərlərinə təşəkkür edib.
O, "Vaqner"lə bağlı vəziyyətin həllinə verdiyi töhfəyə görə Lukaşenkoya təşəkkür edib.
O vaqnerçilərə ya Rusiya Müdafiə Nazirliyi ilə müqavilələr imzalamağı, ya evlərinə, ya da Belarusa getməyi təklif edib:
"Kim istəsə Belarusa gedə bilər. Verdiyim vəd yerinə yetiriləcək. Təkrar edirəm seçim hər birinizindir, amma əminəm ki, bu, öz faciəli səhvlərini başa düşmüş Rusiya döyüşçülərinin seçimi olacaq”.
Putin bu çıxışı ilə əldən verilən fürsətləri geri qaytarmağa cəhd edib. Bütün ekspertlər bir fikirdə yekdildirlər ki, "Vaqner" qruplaşmasının qiyam cəhdi Putinin imicinə çox ciddi zərbə vurub, ölkədə heç də hər şeyin hamar olmadığı və prezidentin vəziyyətə nəzarəti itirdiyini göstərib. Putin bu çıxışında bütün qərarların onun göstərişi ilə qəbul edildiyini söyləməklə, itirilmiş nüfuzunu bərpa etməyə və vəziyyətə tam nəzarət etdiyini göstərməyə çalışıb.
Putin çıxışında qan tökməyə razı olmayan "Vaqner" əsgərlərinə, eləcə də Yevgeni Priqojinlə birbaşa danışıqlar aparan Belarus prezidenti Aleksandr Lukaşenkoya təşəkkür edib. Lakin çıxışında daha çox "Vaqner" qiyamçılarından danışan Putinin Lukaşenkoya ötəri təşəkkürü daha çox "sülhməramlı çələngini" onun əlindən almaq cəhdinə bənzəyib. Ekspertlər bunu Lukaşenkoya bərabər hüquqlu tərəfdaş deyil, daha çox aşağı səviyyəli şəxs kimi münasibət bəsləməyə alışmış Putinin sonuncunun nüfuzunun artmasından narahatlıq kimi dəyərləndirilər.
Putin Yevgeni Priqojinin adını çəkməsə də, bir neçə dəfə hansısa "xəyanətkarlar" barəsində danışıb, onları hədələyib, qiyamı yatıracağını bildirib.
Nəhayət, Putin "Vaqner" qruplaşmasının faktiki olaraq dağıldığını elan edib. Rusiya prezidenti "vaqnerçilərə" Müdafiə Nazirliyi ilə yeni müqavilə bağlamağı, evə və ya Belarusa getmək variantlarından birini seçməyi təklif edib. Putin bununla da, çıxışından cəmi bir neçə saat əvvəl "Vaqner"in iyulun 1-dən etibarən ləğv olunduğunu bildirən Yevgeni Priqojini qabaqlamaq, onu nüfuzdan salmaq yolunu tutaraq, "Vaqner"in fəaliyyətinə özünün xitam verdiyi görüntüsünü yaratmaq istəyib.
Bir sözlə, Putinin bu çıxışı "ölkənin taleyini həll edən" çıxış deyil, davadan sonra yumruq atmağa bənzəyib...