Logo
news content
User
Kateqoriyalar

Xəbər

Daha 49 rusiyalı Qarabağdan çıxarıldı

Qarabağda qanunsuz olaraq məskunlaşmış Rusiya vətəndaşlarının (onların böyük əksəriyyəti erməni millətindən olan şəxslərdir) bölgədən çıxarılması prosesi davam edir. Sülhməramlılar hər gün Qarabağdan onlarla rusiyalını (eləcə də, başqa dövlətlərin vətəndaşlarını) çıxarırlar.

Pressklub.az xəbər verir ki, Rusiya sülhməramlıları fevralın 26-da 49 xarici vətəndaşı (6-sı uşaq olmaqla) Qarabağdan Ermənistana təxliyə edib.

Eyni zamanda Ermənistandan Xankəndə humanitar yük daşıyan iki karvan avtomobil keçib.

Bu barədə bazar günü Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingentinin bülletenində deyilir.

Əcnəbilərin vətəndaşlığı barədə məlumat verilmir. İndiyədək sülhməramlılar Rusiya vətəndaşlarını çıxarıblar.