"Cümə" məscidi yenidən açıldı, yeni imamlar təyin edildi
20 Aprel 2023
Cümə axşamı dövlət başçısı İlham Əliyev həyat yoldaşı ilə birlikdə Bakının Nərimanov rayonunda "Cümə" məscidinin yenidənqurma və əsaslı təmirdən sonra açılışında iştirak edib.
Əvvəllər bu məscid "Əbubəkr" məscidi adlanırdı və sunnilərin-sələfilərin əsas məscidi hesab olunurdu.
Məscid 1997-ci ildə Küveytin xeyriyyə fondunun dəstəyi ilə tikilmişdi. Məscidin imamı Qamət Süleymanov onun vəhabilərə məxsus olduğunu inkar edir, sunni məscidi olduğunu iddia edirdi.
2008-ci il avqustun 17-də məsciddə terror aktı törədilib. Axşam saatlarında naməlum şəxs məscidin içinə iki əl bombası atıb. Bu zaman iki nəfər həlak olub, 18 nəfər, o cümlədən imam Qamət Süleymanov yaralanıb.
Hüquq-mühafizə orqanları bu cinayətin törədilməsində İlqar Mollaçayevin (sonradan terrorçu hesab olunaraq məhv edilib) rəhbərlik etdiyi "Meşə qardaşları" dini radikallar qrupunu ittiham edib. Terror aktından sonra məscid təmir adı altında bağlanıb.
Qeyd edək ki, artıq məscidə yeni imamlar təyin edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindənverilən məlumata görə, Dövlət Komitəsi sədrinin müvafiq əmrləri ilə Ceyhun Əkbər oğlu Rüstəmov və Araz Ayaz oğlu Abdullayev “Cümə” məscidinə imam vəzifəsinə təyin ediliblər.
Qeyd edək ki, Ceyhun Rüstəmov Bakı İslam Universiteti və Liviya Təbliğ Universitetində ali dini təhsil alıb. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvüdür. Qəbələ şəhəri "Mərkəzi Cümə" və Bakı şəhəri Yasamal rayonu “İlahiyyat” məscidlərinin imamı vəzifəsində çalışıb. Ceyhun Rüstəmov “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən rotasiya yolu ilə Nərimanov rayonu “Cümə” məscidinə təyinat alıb.
Araz Abdullayev Ağdaş rayonu Xosrov İslam Mədrəsəsində və Bakı İslam Universitetində təhsil alıb. “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq Dövlət Komitəsinin 2-13 avqust 2022-ci il tarixlərində keçirdiyi müsahibədə uğur qazanıb və Dövlət Komitəsi sədrinin müvafiq əmri ilə sözügedən məscidə imam təyin olunub.