Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Crocus cıty"də terror aktının xəyali və real iştirakçıları

İŞİD terror təşkılatına yaxın olan "Amaq" Agentliyi martın 22-də Crocus Cıty-yə edilən hücum zamanı terrorçuların özlərinin çəkdiyi bir video yayıb. Terrorçular ərəb dilində danışırlar və heç də FTX tərəfindən tutulan və qulaqları kəsilən taciklərə oxşamırlar.  

Videoda görünür ki, həqiqi terrorçular soyuqqanlı şəkildə hər yeri atəşə tutaraq insanları sakitcə öldürən, fiziki cəhətdən güclü insanlardır.

FTX-nın meşədə tutdugu “terrorçu" isə ondan nə istədiklərini başa düşmür. Eyni şəkildə, dindirilmə zamanı digər taciklər "Crocus"a gedib orada insanları öldürdüklərini söyləmirlər. Onlardan yalnız biri hansısa Abdullonun ona “kafirləri öldürmək” lazım olduğunu söylədiyini deyir. 

Eyni zamanda, silahın haradan aldıqları, terror aktını necə planlaşdırdıqları və cinayət yerini necə tərk etdikləri barədə bir söz deyilmir.

Çox güman ki, tutulan taciklər bir növ radikal qrupla əlaqəli ola bilər, amma həqiqi terrorçular tamamilə fərqli insanlardır.

[video:25]


[video:27]