Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çin Rusiyaya silah verəsi olmadı...

Pekin Ukraynadakı müharibədə istifadə etmək üçün Rusiyaya “öldürücü” yardım göndərməyi düşünmür.


Pressklub.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin çərşənbə günü brifinqdə bildirib.


O, Çinin Rusiyanın hərbi dəstəyinə qoşula biləcəyi ilə bağlı xəbərləri "Ukrayna böhranının əvvəlindən ABŞ və NATO tərəfindən yayılan şayiələr” adlandırıb.


Spiker bildirib ki, Pekin NATO-nu “Ukrayna ilə bağlı əsassız spekulyasiyalarla Çinə böhtan atmağı dayandırmağa, köhnə soyuq müharibə zehniyyətindən əl çəkməyə və qarşıdurmanı qızışdırmağa son qoymağa” çağırır.