Çin prezidentindən Zelenskiyə elə bir cavab gəldi ki...
27 Fevral 2023
Rəsmi Pekin Ukrayna Prezidenti Volodimir Zelenskinin Çin prezidenti Si Cinpinlə görüşmək istəyinə reaksiya verib.
Pressklub.az Reuters-ə istinadən xəbər verir ki, Pekin “Rusiya-Ukrayna münaqişəsinin bütün tərəfləri ilə həmişə əlaqə saxladığını” bildirib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning deyib ki, Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibə ilə bağlı Çinin mövqeyi “ardıcıl və çox aydındır”.
“Məsələ sülhə çağırmaq, dialoqu təşviq etmək və böhranın siyasi həllini təşviq etməkdir. Biz Ukrayna da daxil olmaqla, iştirak edən tərəflərlə daim əlaqə saxlayırıq”, - XİN-dən bildiriblər.
Zelenski fevralın 24-də Si Cinpinlə görüşmək niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, söhbət təkcə müharibədə deyil, həm də iqtisadi münasibətlərin saxlanmasındadır. Prezident Zelenskinin və Si Cinpinlə ilk və yeganə təması 2021-ci il iyulun 13-də telefon vasitəsilə olub.
Qeyd edək ki, fevralın 24-də Çin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi ilə bağlı 12 bənddən ibarət “mövqe sənədi”ni dərc edib. Xüsusilə, Pekin ərazi bütövlüyünə hörmətdən danışır, danışıqlara çağırır, “birtərəfli sanksiyalara” və nüvə silahından istifadəyə qarşı çıxır. Eyni zamanda, ÇXR öz mövqeyində Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsini və təcavüzkar ölkənin hərbi cinayətlərini pisləmir və Rusiya qoşunlarının çıxarılmasını tələb etmir.
ABŞ prezidenti Co Bayden Çinin təqdim etdiyi mövqeyi rədd edərək bildirib ki, sənədin həyata keçirilməsi yalnız Rusiya üçün faydalıdır. Ukrayna prezidenti Zelenski isə Pekinin Ukrayna haqqında danışmağa başlamasını müsbət hesab edir, lakin bəzi məqamlarla razılaşmayıb.