Çempionlar Liqası: 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək
08 Aprel 2026
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma baş tutacaq.
Parisdə yerli PSJ İngiltərənin "Liverpul" klubunu qəbul edəcək.
Digər matçda isə İspaniya təmsilçiləri "Barselona" və Madrid "Atletiko"su üz-üzə gələcəklər.
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
8 aprel
23:00. PSJ (Fransa) - "Liverpul" (İngiltərə)
23:00. "Barselona" (İspaniya) - "Atletiko" (İspaniya)
Qeyd edək ki, 1/4 finalın cavab qarşılaşmaları aprelin 14-15-də keçiriləcək. Daha əvvəl "Bavariya" (Almaniya) Madriddə "Real"a 2:1, "Arsenal" (İngiltərə) isə Lissabonda "Sportinq"ə 1:0 hesabı ilə qalib gəlib.