Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bu ölkədə prezident bir neçə iqamətgahını uşaqlara bağışlayıb

Kasım-Jomart Tokayev Qazaxıstan prezidenti seçildikdən sonra atdığı qeyri-adi addımların sırasına birini də əlavə edib. O, Kustanay, Aktau, Taraz, Aktobe və Atıraudakı prezident iqamətgahlarını uşaqların ehtiyaclarının ödənilməsi üçün yerli hakimiyyət orqanlarının ixtiyarına verib.

Pressklub.az Qazaxıstan mediasına istinadən bildirir ki, həmin binalardan istifadə qaydaları yerli hakimiyyət orqanları tərəfindən müəyyən ediləcək.

İndiyədək prezidentin xidmətində olan həmin binalardan uşaq-sağlamlıq mərkəzi, istirahət yerləri və ya uşaq bağçası kimi istifadə edilə bilər.