Bu gün Su çərşənbəsidir
21 Fevral 2023
2023-cü ilin ilk çərşənbəsi olan Su çərşənbəsi 21 fevralda daxil olur.
Novruzun - bahar bayramının gəlişini müjdələyən çərşənbələrin ilki olan Su çərşənbəsi ilə təbiətdə ilk olaraq su cana gəlir.
Yaxın keçmişdə Su çərşənbəsində insanlar pak suyun olduğu yerlərə-çay, bulaq başına gedər və həmçinin çaylardakı, bulaqlardakı suların İslam dinindəki məşhur Zəmzəm bulağından gəlməsinə inanarmışlar.
Yalnız su çərşənbəsində işlənən belə bir deyimlər var:
“Suyun qapısı bu gün açıq olar. “Məni yu” deməsən də, səni yuyacaq”;
“Su açıqdı, sən də açıq ol. Qapanıb basaratını bağlama”;
“Suyu çıxacaqdan axıt, odu girəcəkdən qala”.
Su çərşənbəsi ilə bağlı bəzi inanclar
-Su çərşənbəsində evin damına buğda atırlar ki, bərəkət artıq olsun;
-Un çuvalının ağzını açıq qoyurlar ki, bərəkət paylananda bağlı qalmasın;
-Axar suyun qabağını kəsmək olmaz. Kəssən, sənə xətər toxunar. Bu da qədim azərbaycanlı atamızın suyu müqəddəs görməsinə dəlalət edir;
-Çərşənbə tonqalı yanıb qurtarandan sonra onun dövrəsinə üç cızıq çəkərlər. Deyirmişlər ki, əgər belə etməsən, sənə xətər toxuna bilər. Evin də bərəkəti dağılar. Bu da qədim babamızın torpaq və suya olduğu kimi, oda da müqəddəs baxmasına bir işarədir;
-Bayram axşamı baltanı götürüb bir-bir ağacların kötüyünə vurarlar. “Hə, yatmısan, oyan, bərəkət payını götür deyərlər”;
-Əvvəllər su üstündən atılma adəti də olub. Təbii ki, axar, saf su nəzərdə tutulur. Üç dəfə atılandan sonra həmin axar suyun uzaq yerində bir saxsı qab sındırıb “Nə dərd-bəlamız varsa, bu saxsıynan getsin” deyərdilər.