Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniya Ukraynaya yeni silah verir - Uran tərkibli mərmilər

Böyük Britaniya hakimiyyəti Ukraynaya tərkibində tükənmiş uran olan və zirehli texnikaların məhv edilməsində effektivliyi artıran mərmilər verəcək.

Pressklub.az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə nazirinin müavini baronessa Annabel Qoldinin parlamentin Lordlar Palatasının üzvü Raymond Colliffin sualına verdiyi yazılı cavabda deyilir.

"Ukraynanı "Challenger 2" əsas döyüş tankları ilə verməklə yanaşı, tərkibində tükənmiş uran olan zirehli deşici mərmilər də daxil olmaqla döyüş sursatları tədarük edəcəyik. Belə mərmilər müasir tanklara və zirehli maşınlara qarşı yüksək effektivliyə malikdir", - Qoldi bildirib.

Artıq Rusiya Prezidenti Vladimir Putin Britaniyanın Kiyevi uranlı mərmilərlə təmin etmək təşəbbüsünə münasibət bildirib: “Qərb Rusiya ilə son ukraynalıya qədər sözdə deyil, əməldə vuruşmağa qərar verib”.

"Kollektiv Qərb nüvə komponenti olan silahlardan istifadə etməyə başlayanda Rusiya buna reaksiya verməyə məcbur olacaq", - deyə Putin əlavə edib.