"Britaniya Ukraynanı uzaqmənzilli silahlarla təmin edən ilk ölkə olacaq" - Sunak
18 Fevral 2023
“Biz birlikdə Ukrayna şəhərlərini Rusiya bombalarından və İranın pilotsuz uçuş aparatlarından qorumağa kömək etməliyik. Və buna görə də Böyük Britaniya Ukraynanı uzaqmənzilli silahlarla təmin edən ilk ölkə olacaq”.
Bunu Birləşmiş Krallığın Baş naziri Rişi Sunak Münxendə Təhlükəsizlik Konfransında çıxışında deyib.
Rişi Sunak qeyd edib ki, müharibədə qalib gəlmək üçün Ukraynaya daha çox artilleriya, zirehli texnika və hava hücumundan müdafiə vasitələri lazımdır.
O bildirib ki, indi hərbi dəstəyi ikiqat artırmaq vaxtıdır.
“Və buna görə də biz müttəfiqlərimizlə birlikdə Ukraynaya ən qabaqcıl hava hücumundan müdafiə sistemlərini vermək və lazımi hava qüvvələrini yaratmaq üçün çalışırıq”, - deyə Baş nazir qeyd edib.
Rişi Sunak bildirib ki, Ukraynanın döyüş meydanında həlledici üstünlük əldə etməsi üçün hərbi strategiyaya, sülhü qazanmaq üçün isə siyasi strategiyaya ehtiyacı var.
“İndi təbii ki, Böyük Britaniya istənilən ölkəyə kömək etməyə, Ukraynanın bu gün istifadə edə biləcəyi təyyarələri təqdim etməyə hazırdır. Ancaq biz eyni zamanda ukraynalı pilotlara ən qabaqcıl reaktiv təyyarələrdən istifadə etməyi öyrətməliyik və Britaniya məhz bunu edir...”, - deyə Baş nazir bildirib.