Böyük Dəbilqə: Azərbaycan cüdoçusu qızıl medal qazanıb
18 Fevral 2022
Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.
73 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində Oron Ginerə (İsrail) qalib gəlib. 25 yaşlı idmançı 1/4 finalda İqor Vandtkeni (Almaniya), yarımfinalda isə Tohar Butbulu cərimə xalları hesabına məğlubiyyətə uğradıb.
Hidayət Heydərov finalda Obidkhon Nomonovla (Özbəkistan) üz-üzə gəlib. Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn Heydərov Böyük Dəbilqənin qalibi olub.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan təmsilçilərindən 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir. (Report)