Logo
news content
User
Kateqoriyalar

Xəbər

BMT Rusiyanın Ukraynada edam etdiyi mülki şəxslərin sayını açıqladı: Dəhşətli RƏQƏMLƏR

Rusiya təhlükəsizlik qüvvələrinin işgəncələri, qeyri-insani saxlanma şəraiti və tibbi yardımın göstərilməməsi nəticəsində 72 kişi və 5 qadın həlak olub.

Bu barədə BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının rəhbəri Matilda Boqner məlumat verib.

Nəzərə çatdırılıb ki, Ukraynadakı müharibə zamanı rusiyalı hərbçilər qanunsuz olaraq nəzarət altında saxlanılan 77 mülki vətəndaşı edam ediblər. Bundan əlavə, Rusiya Federasiyasının qüvvələri tərəfindən 864-dən çox qanunsuz həbs qeydə alınıb. Bu məlumatlar BMT-nin iyunun 27-də dərc olunmuş hesabatında yer alıb.

“Biz Rusiya Federasiyası tərəfindən qeyri-qanuni həbsə məruz qalan mülki vətəndaşların ümumi olaraq 77 edam faktını sənədləşdirmişik”, - deyə məlumatda bildirilib.

“Rusiya hərbçiləri, hüquq-mühafizə orqanları, penitensiar orqanlar mülki məhbuslara qarşı geniş yayılmış işgəncə və sərt rəftar tətbiq edib”, - deyə Matilda Boqner vurğulayıb. Onun sözlərinə görə, bəzi hallarda cinsi zorakılıq faktları olub.

Qurbanlara işgəncələr Ukrayna Silahlı Qüvvələrinə köməyin etirafına məcbur etmək, onların işğalçı hakimiyyətlə əməkdaşlığa cəlbi və ya Ukraynayönlü fikirdə olanları qorxutmaq üçün tətbiq olunub.