Blinken Türkiyəyə gəlir
16 Fevral 2023
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken Türkiyəyə səfər edəcək. Pressklub.az Türkiyə mediasına istinadən xəbər verir ki, Blinken Münhen Təhlükəsizlik Konfransında iştirak etmək, Yunanıstanla ikitərəfli əlaqələri gözdən keçirmək, həmçinin Türkiyə və Suriyada baş vermiş zəlzələdən sonrakı axtarış-xilasetmə işlərini və müşahidə etmək üçün fevralın 16-dan 22-dək Almaniya, Yunanıstan və Türkiyədə olacaq.
Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Blinken dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasını müşahidə etmək üçün Adanadakı İncirlik hərbi bazasında olacaq.
Bundan sonra ABŞ dövlət katibi Ankarada xarici işlər naziri Mövlud Çavuşoğlu və bir sıra yüksək rütbəli hakimiyyət təmsilçiləri ilə görüşərək, ABŞ-ın NATO çərçivəsində dəyərli müttəfiqi olan Türkiyəyə verə biləcəyi dəstəyi, həmçinin ikitərəfli əlaqələri gücləndirməyin yollarını müzakirə edəcək.