Bir ildə 100 faiz bahalaşma...
17 Aprel 2023
Azərbaycanda son aylar bəzi tərəvəz məhsullarında kəskin bahalaşma müşahidə olunur. Paytaxtın marketlərində pomidorun qiyməti 5 manatdan bahadır. Kartof və soğanın 1 kiloqramın ortalama qiyməti isə 1 manat 50 qəpikdir. Üstəlik, Bakı şəhərində mövcud olan əksər bazarlarda da tərəvəzlərin qiyməti marketlərdəkindən bir o qədər də fərqlənmir. Əyalətlərdə isə daha ucuz məhsul almaq mümkündür.
Amma bütün bunlar kənd təsərrüfatı məhsullarının istehsalının rəsmi artımı fonunda baş verir. Rəsmi məlumata görə, 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin analoji dövründə bitkiçilik məhsulları istehsalı 1.9 faiz artıb. Üstəlik, Azərbaycandan pomidorun ixracının da azaldığı bildirilir.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin ilk üç ayında Azərbaycandan 31 milyon 170 min dollar dəyərində 24 min 491 ton pomidor ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə pomidor ixracı 7 milyon 653 min dollar və ya 24.6 faiz, dəyər ifadəsi ilə 7 min 272 ton (29.7 faiz) azalıb.
Kənd Təsərrüfatı Nazirliyinin aqrarbazar.az saytından da görmək olur ki, ötən illə müqayisədə həm pomidor-xiyarın, həm də kartofun qiyməti artıb. Ötən ildə pomidorun orta qiyməti supermarketlərdə 2.5-3 manat göstərilsə də, bu il həmin qiymət 5-5.5 manatdır.
Saytın məlumatına görə, kartofun qiymətində dəyişiklik baş verməyib, soğanın qiyməti isə 80 qəpikdən 1.4 manata qədər artıb. Belə çıxır ki, pomidor son bir ildə 100 faiz bahalaşıb. Halbuki rəsmi inflyasiyanin ölkə üzrə 14 faizdən az olduğu vurğulanır.
Fermerlər isə qiymət artımını gübrə və selitranın qiymətinin artması ilə əlaqələndirirlər.
AzadlıqRadiosuna danışan bir fermer pestisidlərin (zərərvericilərə qarşı kimyəvi maddə) qiymətinin kəskin qalxdığını deyir: "Əvvəl bunları Ukraynadan, Rusiyadan gətirirdilər. Rusiya-Ukrayna müharibəsinə görə qiymət qalxıb…".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə "Turan"a bildirib ki, süni qiymət artımı var: "Bunun qarşısını almaq çox çətindir. Düzdür, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti monitorinqlər aparır, müəyyən tədbirlər həyata keçirilir, amma hamısını əhatə etmək qeyri-mümkündür".
Deputatın fikrincə, qiymətlər sahibkarların aralarında aparılan danışıqlar nəticəsində təyin edilir: "Yəni, bir mağazada qiymət ucuz, o birində isə baha olsun deyilən bir şey yoxdur. Hamısında qiymət eyni səviyyədədir. Ona görə də Rəqabət Məcəlləsi qəbul edilməlidir ki, bazarda sabitlik olsun, sahibkar qabağa çıxıb məhsulunu sata bilsin. Bu, çox vacib məsələdir".
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmlinin AzadlıqRadiosuna deməsinə görə, elə kənd təsərrüfatı məhsulları var ki, Azərbaycanda istehsalı yetərincə deyil: "Amma xiyar-pomidor Azərbaycanın tələbatından iki dəfə artıq istehsal edir. Ona görə də bir hissəsini ixrac edir. Məhsulun maya dəyəri də bir elə artmayıb. Qonşu Türkiyədə pomidorun qiyməti Azərbaycan manatı ilə 2-2.2 manatdır. Azərbaycanda isə 5-5.50 manatdır".
Ekspert hesab edir ki, bunun səbəbi həmin sahənin istehsal və satışının monopoliyada olmasındadır: "Uzun illərdir ki, dövlət büdcəsi hesabına oliqarx-məmurlar və onların qohumları istixanalar açdılar. Digər istehsalçıları iki il əvvəl tamamilə sıradan çıxartdılar. İndi çox az sayda istehsalçı bununla məşğul olur. Yəni, inhisarçılar pomidoru istehsal edir, bazara verir və qiyməti də onlar diktə edir".
O vurğulayıb ki, Azərbaycanda soğanın istehsalı da kifayət qədərdir: "Dünyada adambaşı illik istehsalı 13 kiloqramdırsa, bizdə 29-30 kiloqram istehsal olunur. Amma onun saxlanması primitiv qaydada həyata keçirilir və daha çox itkiyə gedir. Yayda qiymət kəskin aşağı düşəcək, çünki fermer çalışır ki, məhsulu bazara çıxarıb hamısını satsın və canını qurtarsın. Amma saxlama şəraiti yaxşı olarsa, soğanı saxlayıb qışda da normal qiymətə satar. Belə olan şəraitdə də Azərbaycanda idxala ehtiyac qalmaz və hətta biz soğanı ixrac edə bilərik".
Məhərrəmlinin sözlərinə görə, Azərbaycanda kartof istehsalı azalıb, ona görə də qiymətdə artım var: "2005-ci ildə indikindən daha çox kartof istehsal edilirdi. Bu müddət ərzində əhalinin sayı 1.7 milyon artıb. Belə olan halda, məhsulun istehsalı azalıb, bu da o deməkdir ki, idxaldan asılı vəziyyətdəyik. Digər tərəfdən, kartofu gətirənlər də inhisarçılardır və qiyməti onlar müəyyən edir".
Pomidor ixracı azalıb

Rəsmi inflyasiyadan 7 dəfə çox
Kənd Təsərrüfatı Nazirliyinin aqrarbazar.az saytından da görmək olur ki, ötən illə müqayisədə həm pomidor-xiyarın, həm də kartofun qiyməti artıb. Ötən ildə pomidorun orta qiyməti supermarketlərdə 2.5-3 manat göstərilsə də, bu il həmin qiymət 5-5.5 manatdır.
Saytın məlumatına görə, kartofun qiymətində dəyişiklik baş verməyib, soğanın qiyməti isə 80 qəpikdən 1.4 manata qədər artıb. Belə çıxır ki, pomidor son bir ildə 100 faiz bahalaşıb. Halbuki rəsmi inflyasiyanin ölkə üzrə 14 faizdən az olduğu vurğulanır.
"Pestisidlərin qiyməti kəskin qalxıb"
Fermerlər isə qiymət artımını gübrə və selitranın qiymətinin artması ilə əlaqələndirirlər.
AzadlıqRadiosuna danışan bir fermer pestisidlərin (zərərvericilərə qarşı kimyəvi maddə) qiymətinin kəskin qalxdığını deyir: "Əvvəl bunları Ukraynadan, Rusiyadan gətirirdilər. Rusiya-Ukrayna müharibəsinə görə qiymət qalxıb…".
Deputat: "Rəqabət Məcəlləsi qəbul edilməlidir"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə "Turan"a bildirib ki, süni qiymət artımı var: "Bunun qarşısını almaq çox çətindir. Düzdür, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti monitorinqlər aparır, müəyyən tədbirlər həyata keçirilir, amma hamısını əhatə etmək qeyri-mümkündür".
Deputatın fikrincə, qiymətlər sahibkarların aralarında aparılan danışıqlar nəticəsində təyin edilir: "Yəni, bir mağazada qiymət ucuz, o birində isə baha olsun deyilən bir şey yoxdur. Hamısında qiymət eyni səviyyədədir. Ona görə də Rəqabət Məcəlləsi qəbul edilməlidir ki, bazarda sabitlik olsun, sahibkar qabağa çıxıb məhsulunu sata bilsin. Bu, çox vacib məsələdir".
"Digər istehsalçıları iki il əvvəl tamamilə sıradan çıxartdılar"
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmlinin AzadlıqRadiosuna deməsinə görə, elə kənd təsərrüfatı məhsulları var ki, Azərbaycanda istehsalı yetərincə deyil: "Amma xiyar-pomidor Azərbaycanın tələbatından iki dəfə artıq istehsal edir. Ona görə də bir hissəsini ixrac edir. Məhsulun maya dəyəri də bir elə artmayıb. Qonşu Türkiyədə pomidorun qiyməti Azərbaycan manatı ilə 2-2.2 manatdır. Azərbaycanda isə 5-5.50 manatdır".
Ekspert hesab edir ki, bunun səbəbi həmin sahənin istehsal və satışının monopoliyada olmasındadır: "Uzun illərdir ki, dövlət büdcəsi hesabına oliqarx-məmurlar və onların qohumları istixanalar açdılar. Digər istehsalçıları iki il əvvəl tamamilə sıradan çıxartdılar. İndi çox az sayda istehsalçı bununla məşğul olur. Yəni, inhisarçılar pomidoru istehsal edir, bazara verir və qiyməti də onlar diktə edir".
"Saxlanması primitiv qaydada həyata keçirilir"