Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bir həftə qaldı - Bayden ikinci müddətə namizədliyini elan edəcək

Ağ Evin əməkdaşları, Demokratik Milli Komitənin rəsmiləri və kənar məsləhətçilər ABŞ Prezidenti Cozef Baydenin ikinci müddətə namizədliyinə hazırlaşmaq üçün işləri gücləndiriblər. Namizədliyin elan olunması aprelin 25-də baş tuta bilər.

Bu barədə “The New York Times” mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Ağ Ev Baydenin aprelin 25-də ikinci müddətə namizədliyini elan edəcəyi videomüraciətinin yayımlanmasını nəzərdən keçirir.

“Prezident Bayden 2024-cü il kampaniyasının necə və nə vaxt başlayacağı ilə bağlı yekun qərar verməyə yaxınlaşdıqca Ağ Ev, Demokratik Milli Komitə və kənar məsləhətçilərin iştirak etdiyi qapalı görüşlər artır”, - nəşr yazır.

Eyni zamanda vurğulanır ki, ABŞ-ın hazırkı prezidentinin seçki yarışında iştirakının rəsmi elanı yayın əvvəlində də baş verə bilər.