"BioNTech"in baş direktoru: "Koronavirus daha 10 il bizimlədir"
18 Fevral 2022
"Dünya daha 10 il koronavirusla yaşayacaq". Bunu "BioNTech"in baş direktoru Uğur Şahin deyib.
Uğur Şahin "omikron" ştamının son variant olmayacağını bildirib.
Baş direktor məlumat toplama prosesinin yavaş getdiyi üçün yeni ştama qarşı peyvəndin aprel və ya may aylarında hazır olacağını qeyd edib.
"Virus əsaslı şəkildə mutasiyaya davam edir və dünyada müxtəlif variantlar hərəkətdədir", - "BioNTech" rəhbəri vurğulayıb.
Qeyd edək ki, "BioNTech" və tərəfdaşı "Pfizer" hazırda xüsusi olaraq "omikron" variantı üçün hazırlanmış peyvənd üzərində işləyir.