Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayraktardan zərərçəkənlərə 1000 mənzil hədiyyəsi

"Millətimiz üçün #Mənzil səfərbərliyinə başlayırıq. Zərərçəkənlər üçün BAYKAR olaraq AFAD ilə koordinasiyalı şəkildə 1000 mənzil bağışlayırıq. Fəlakət zamanı bacı-qardaşlarımızın qalıcı sığınacaq ehtiyaclarının həlli budur. Yaralarımızı bir ürəklə sağaldacağıq".

Bunu Türkiyənin "Baykar Makine" şirkətinin texniki direktoru Selçuk Bayraktar sosial şəbəkə hesabında paylaşıb.

O, mənzil səfərbərliyinə başladığını və fəlakət qurbanları üçün AFAD ilə koordinasiyalı şəkildə 1000 mənzil bağışlayacağını açıqlayıb:

"Müştərilərimizə dəstək olmaq üçün isə ilk növbədə 2000-ə yaxın qardaşımızın yaşaya biləcəyi Baykar Konteyner Şəhərini işə salırıq. Bu çətin günlərdən birlikdə keçəcəyik", - deyə Selçuk Bayraktar bildirib.