Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden Zelenskini bağışlayacaqmı?

“Reuters” agentliyi Rusiyanın Ukraynaya qarşı irimiqyaslı hərbi müdaxiləsinin qaçılmaz olduğuna dəlalət edən informasiya yayıb.

Orada bildirilirdi ki, Rusiya Ukrayna ilə sərhəddə qurulmuş səhra hospitallarına donor qan ehtiyatı yığır. Qan ehtiyatının son bir həftədir Ukrayna sərhədləri istiqamətində daşındığı bildirilir. Habelə sərhədboyu qurulmuş səhra hospitallarına xüsusi həkim briqadaları göndərilir.

Beynəlxalq Strateji Kəşfiyyat Mərkəzi (ICSI) isə Ukrayna ilə bağlı  maksimal müharibə təhlükəsi statusu-QIRMIZI+ səviyyəsi elan edib. Bu, döyüş əməliyyatlarının başlaması ilə bağlı maksimal təhdid səviyyəsidir, daha sonra isə QARA səviyyə gəlir. Bu isə artıq müharibənin başlaması deməkdir.



Bütün bu kimi həyacanlı xəbərlərə baxmayaraq Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın onun ölkəsinə hücum edəcəyi riskini yüksək hesab etmir və CNN telekanalının daha əvvəl yaydığı məlumatda deyildiyi kimi, bu məsələ Zelenski ilə ABŞ prezidenti Cozef Bayden arasında son telefon danışığı zamanı tərəflər arasında gərginliyə səbəb olub. Bayden Zelenskini Rusiyanın müdaxiləsinin qaçılmaz olduğu haqda xəbərdar edib, Ukrayna prezidenti isə ABŞ-ı təhlükəni şişirtməkdə günahlandırıb.



Bu məzmunda xəbəri daha bir nüfuzlu ABŞ nəşri-demokratlara yaxın olan “Politico” yayıb. Xəbərdə deyilir ki, Zelenskinin Rusiyanın hərbi müdaxiləsi təhdidi barədə mövqeyi, onun arxayınlığı Bayden administrasiyasını “hiddətləndirib və özündən çıxarıb”. Belə ki, Zelenskinin administrasiyasında ABŞ-ın müharibə təhdidini Moskva ilə Donbassa dair mümkün sövdələşmə ərəfəsində “daha çox məkan əldə etmək üçün” şişirtdiyini düşünür.



Nəşr yazır ki, Ukrayna prezidentinin Rusiya qoşunlarının yeni hərbi müdaxiləsi təhdidləri fonunda “sakit davranması və özünü heç nə baş vermirmiş kimi aparması”, Ukrayna sərhədlərində eskalasiyanın əvvəlkindən çox olmadığını deməsi ABŞ prezidenti Cozef Baydenin administrasiyasının “əsəblərinə toxunur” və onu “hiddətləndirib özündən çıxarır”.

Hansı ki, məqalədə deyildiyi kimi, ötən ilin payızında Ukrayna rəhbərliyi özü Rusiyanın mümkün hücumu barədə həyəcan təbili çalırdı, indi isə onun davranışları dəyişib. Zelenskiyə yaxın mənbələr deyiblər ki, ola bilsin davranışın belə dəyişməsi Ukrayna hakimiyyətinin ABŞ-ın öz diplomatlarını Kiyevdən tələm-tələsik təxliyə etməsindən yaranan qəzəblə bağlıdır. Çünki bu fakt Ukrayna cəmiyyətində təşvişi artırır və iqtisadiyyata mənfi təsir edir.