Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden və Zelenskidən dünyaya mesaj: "Ukrayna mütləq qalib gələcək"

Bu gün gözlənilmədən Ukraynaya səfər edən ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb. Prezidentlər ölkədə davam edən müharibə ilə bağlı bəyanat veriblər.

Pressklub.az xəbər verir ki, Bayden Ukraynanın müharibə qazandığı uğurun bütün dünya, ilk növbədə Rusiya üçün gözlənilməz olduğunu söyləyib.

O bildirib ki, Ukrayna mütləq qalib gələcək: “Bu, İkinci Dünya Müharibəsindən sonra Avropada baş verən ən böyük müharibədir. Əminəm ki, Ukrayna qalib gələcək”.

Öz növbəsində Volodimir Zelenski də Ukraynanın qalib gələcəyini bəyan edib: “Amerikalı həmkarım Cozef Baydenlə bugünkü görüşün nəticələri döyüş meydanında öz əksini tapacaq”.